
Premyer Liqanı tərk edən “Səbail” klubla müqaviləsi davam edən futbolçuların gələcəyi ilə bağlı suala cavab tapmalıdır.
Rəhbərlik əsas heyət üzvlərindən olan Rüfət Abdullazadə və Suliman Alluşu müəyyən transfer məbləği qarşılığında başqa kluba buraxmaqda maraqlıdır. Bunun üçün qarşı tərəfin şərtləri “dənizçilər”i qane etməlidir.
Sözləşməsi davam edən İlkin Muradov isə çox güman burada qalıb, karyerasını I Liqada davam etdirəcək. Təcrübəli futbolçuya xilaskar rolu təklif edilsə də, o, İlkin son sözünü deməyib.
“Səbail”lə 2026-cı ilin yayına qədər anlaşması olan Marko Nikoliç isə özünə yeni iş yeri axtarmalıdır. Ona bu barədə məlumat verilib.
Ki, başqa klub tap, transfer vərəqəni özünə verək, yollarımızı qarşılıqlı razılıq əsasında ayıraq. Bir sözlə, serbiyalı müdafiəçi Bayıl təmsilçisini tərk edəcək.
HƏBİB / SPORTİNFO.AZ