Bu gün sonuncu finalçı hansı komanda olacaq? - Millətlər Liqası

5 İyun 12:00 Dünya futbolu 199
Bu gün sonuncu finalçı hansı komanda olacaq? - Millətlər Liqası

Bu gün UEFA Millətlər Liqasında sonuncu finalçı müəyyənləşəcək.

Sportinfo.az xəbər verir ki, Almaniyada təşkil olunan raundun ikinci günündə İspaniya Fransa ilə üz-üzə gələcək.

İngiltərəli referi Maykl Oliverin idarə edəcəyi qarşılaşma “Ştutqart Arena”da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Ötən gün baş tutan ilk yarımfinal matçında Portuqaliya millisi Almaniyanı 2:1 hesabı ilə məğlub edərək adını finala yazdırıb.

UEFA Millətlər Liqasında final və üçüncü yer uğrunda oyunlar iyunun 8-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 14:20 Millimiz Latviya uçdu