Bir ildən sonra qayıtdı, 12 minlik qapıçı da gətirdi - SON DƏQİQƏ

5 İyun 09:40 Qəbələ 3 332
Bir ildən sonra qayıtdı, 12 minlik qapıçı da gətirdi - SON DƏQİQƏ

Birillik fasilədən sonra Premyer Liqaya dönən «Qəbələ» ilk transfer əməliyyatını bitirib.

«Qırmızı-qaralar» yeni qapıçı ilə müqavilə imzalayıb.

O, Portuqaliyadandır və minimum 1 il ölkəmizdə legioner həyatı yaşayacaq.

Əyalət təmsilçisi bu müddətdə ona hər ay 12 min dollar əməkhaqqı ödəyəcək.

"Qəbələ” bu yay 5 futbolçusu ilə yollarını ayırıb. Qapıçı Müşviq Nadirov, yarımmüdafiəçi Samir Həsənov və hücumçu Ruslan Voronsovla başa çatan müqavilələr uzadılmayıb.

Müdafiəçi İbrahim Ramazanov və yarımmüdafiəçi Oçe Oçoveçinin icarə müddəti başa çatıb.

Bu futbolçuların dördü 2024-cü ilin yayından, İbrahim 2025-ci ilin əvvəlindən “qırmızı-qaralar”ın formasını geyinirdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 14:20 Millimiz Latviya uçdu