“Neftçi”nin yüzminlərini daşıyan legionerin dəbdəbəli həyatı – VİDE0+FOTOLAR

5 İyun 16:20 Neftçi 2 713
“Neftçi”nin yüzminlərini daşıyan legionerin dəbdəbəli həyatı – VİDE0+FOTOLAR

Azərbaycana futbol oynamağa gələn əcnəbilərin burada dəbdəbəli həyat yaşaması heç kimə sirr deyil.

Xüsusən imkanlı klubların formasını geyinənlərin güzəranı ölkənin imkanlı təbəqəsinin belə, qibtə edəcəyi tərzdədir.

Ötən ilin yayında ailəsini, yəni həyat yoldaşını və dörd övladını özü ilə Azərbaycana gətirərək, “Neftçi” ilə müqavilə bağlayan Robert Bauerin ölkəmizə futbol oynamaq yox, karyerasının son illərinin həzzini çıxarmaq üçün təşrif buyurduğu hamıya məlum idi.

Adam “Neftçi”dən təklif alar-almaz rəhbərlikdən maaşdan başqa dəbdəbəli malikanə tələb edib.

Belədə, onun üçün mərkəzdən bir qədər kənarda, “Sabis” məktəbinə yaxın ərazidə yerləşən “Dreamland” kompleksində villa kirayələnib. Bildiyiniz və bildiyimiz imarət.

Bauer burada olduğu 10 ay müddətində Bakını dadını çıxarıb, qohum-əqrabasına paytaxtımızı götüb-gəzmək imkanı yaradıb, bir sözlə, futboldan başqa hər şeyin kəzzətini dadıb.

Keçmişində olan Bundesliqa və “Verder” möhürü ilə “Neftçi” rəsmilərini tora salan almaniyalı müdafiəçi “ağ-qaralar”ın ən bərbad transferlərindən biri kimi tarixə düşdü. Amma nə olsun?

Həm boşa verdiyi mövsümə görə illik məvacibi aldı, həm də oynamayacağı növbəti dönəm üçün müəyyən qədər pul qoparmağa nail oldu. Gəldi, gəzdi, yüzminlər götürdü və getdi.

Təqdim etdiyimiz video Bakıda çəkilib. Bauer ailəsi iki yük maşını ilə Bakıdakı villanın boşalmasını izləyir və lentə alır. Şəkildə isə futbolçunun doğmalarıdır, martda gəzməyə gəlmişdilər.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti