Meneceri transfer xəbərinə aydınlıq gətirdi - "Neftçi"nin hücumçusu ilə bağlı

5 İyun 13:20 Neftçi 1 581
Meneceri transfer xəbərinə aydınlıq gətirdi - "Neftçi"nin hücumçusu ilə bağlı

"Neftçi"nin hücumçusu Dembo Darbonun agenti Florian Biba forvardın "Dinamo"ya (Brest) keçə biləcəyi ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib.

Sportinfo.az xəbər verir ki, “football.by” portalına danışan Biba məlumatı təkzib edib:

“Dembo Darbonun “Dinamo”ya keçəcəyi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Onun "Neftçi" ilə 2026-cı ilin yayına qədər müqaviləsi var”.

Daha əvvəl qambiyalının transferin detallarını müzakirə etmək üçün Belarusda olduğu bildirilirdi. 26 yaşlı futbolçu 2024-cü il avqustun 28-də “Neftçi”yə keçmişdi.

O, əvvəllər “Banjul”, “Şkupi”, “Şaxtyor”(Soliqorsk), “Əl-Nəsr” (BƏƏ), “Astana” və “Ordabası”da (Qazaxıstan) oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti