“Milan”ı “Qalatasaray”a dəyişməsinin səbəbini açıqladı

4 İyun 22:00 Türkiyə 1 077
“Milan”ı “Qalatasaray”a dəyişməsinin səbəbini açıqladı

Alvaro Morata “Milan”dan “Qalatasaray”a icarə əsasında keçidinin səbəblərini açıqlayıb.

32 yaşlı futbolçu ötən yay “Milan”a transfer olunsa da, yanvarda İtaliya klubunu tərk edərək, “Qalatasaray”a icarəyə yollanıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı hücumçu klubdaxili problemlərin və gözlənilməz dəyişikliklərin qərarına təsir etdiyini deyib:

“Çox şey baş verdi, bəziləri çox tez və gözlənilməz oldu. Mənim üçün asan deyildi, amma ümumilikdə məmnunam.

İlk baxışdan hər şey pis görünürdü, amma reallıq fərqli idi. Klub daxilində elə hallar yaşandı ki, mən onları heç vaxt yaşamamışdım.

Ətraflı danışmaq istəmirəm. Sadəcə, artıq özümü komfortlu hiss etmirdim. Və problemə çevrilməmək üçün ayrılmaq qərarına gəldim.

Bəzən mövsümə bir düşüncə ilə başlayırsan, amma sonradan hər şey birdən dəyişir. Yeni yol zaman tələb edirdi.

Mətbuatda yazılanların əksinə, mən “Milan”a keçdiyim üçün heç vaxt peşman olmadım. Bu klubun formasını geyinmək mənim üçün şərəf idi.

Bəzi hallarda ünsiyyət çatışmazlığı var idi. Mən hər kəsə hörmətlə yanaşmağa çalışıram, amma bəzi şeylər mənim üçün qəbuledilməz idi.

Ona görə də qərar verdim ki, ayrılım və qarşıdurmadan qaçım”.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 14:20 Millimiz Latviya uçdu