Dünyanın ən çox maaş alan baş məşqçisi ola bilər - Ərəblərə “hə” desə

27 May 00:20 Dünya futbolu 179
Dünyanın ən çox maaş alan baş məşqçisi ola bilər - Ərəblərə “hə” desə

“İnter”in baş məşqçisi Simone İnzaqi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə danışıqlar aparır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-Hilal” italiyalı mütəxəssisi hazırkı çalışdırıcı Jorje Jezusun əsas varisi kimi görür və onu dünyanın ən yüksək maaş alan baş məşqçisinə çevirmək niyyətindədir.

Tərəflər arasında hələlik rəsmi razılaşma əldə olunmayıb.

İnzaqi son günlərdə danışıqları dayandıraraq bütün diqqətini UEFA Çempionlar Liqasının final matçına yönəldib. Yekun danışıqların oyundan sonra davam etdirilməsi gözlənilir.

2024/25 mövsümünün Çempionlar Liqasının finalı mayın 31-də, Almaniyanın Münhen şəhərində keçiriləcək. Qarşılaşmada PSJ və “İnter” komandaları üz-üzə gələcək. Oyunun start fiti saat 23:00-da səslənəcək.

Digər Xəbərlər
Xəbər Lenti