
"Qarabağ" Avstriyada təlim-məşq toplanışında olacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, hazırlıq prosesi iki mərhələdən ibarət olacaq:
"İyunun 18-dən iyulun 2-dək Bakıda toplanış keçəcəyik. İyulun 16-dək isə yeni mövsümə Avstriyada hazırlaşacağıq. Yoxlama oyunlarındakı rəqiblər hələlik tam dəqiqləşməyib".
"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi iyunun 18-də müəyyənləşəcək.
Bu raundun ilk matçları 22-23 iyul, cavab qarşılaşmaları 29-30 iyulda gerçəkləşəcək.