Ronaldo Ərəbistan klubundan ayrıldı? - FOTO

27 May 15:20 Dünya futbolu 424
Ronaldo Ərəbistan klubundan ayrıldı? - FOTO

“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldo paylaşımı ilə diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, ulduz sosial şəbəkə hesablarında mövsümün bitməsi ilə bağlı paylaşım edib.

“Bu bölüm bitdi. Hekayə? Hələ də yazılır. Hamıya minnətdaram” , - deyə o bildirib.

Portuqaliyalı hücumçunun bu paylaşımı onun “Əl-Nəsr”dən ayrılacağı ilə bağlı iddiaları gücləndirib.

"Əl-Nəsr” Səudiyyə Ərəbistanının son matçında uduzaraq üçüncü yeri tutub. Komanda Asiya Çempionlar Liqasına vəsiqə qazana bilməyib.

40 yaşlı Ronaldo 2023-cü ildən Səudiyyə təmsilçisində çıxış edir. Onun klubla müqaviləsi bu il iyunun 30-da başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti