Azərbaycanlı Raulun bu qolundan sonra... VİDEO

5 İyun 09:20 Milli komanda 271
Azərbaycanlı Raulun bu qolundan sonra... VİDEO

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, Belarusda təlim-məşq toplanışında olan Ayxan Abbasovun komandası bu ölkədən olan həmyaşıdları ilə üz-üzə gəlib.

Baranoviçi şəhər stadionunda oynanılan matç Belarusun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın yeganə qolunu 22-ci dəqiqədə Raul Məmmədov vurub.

U-21 iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro ilə yoldaşlıq görüşü keçirəcək.

Millimiz Ayxan Abbasovun baş məşqçi təyinatından sonra ilk 2 matçda uduzmamışdı.

Komanda mart ayındakı toplanış çərçivəsində Moldova yığmasına qalib gəlmiş (2:0), Şimali Makedoniyanın müvafiq yaş qrupu ilə bərabərə qalmışdı (0:0).

Belarus - Azərbaycan 3:1

Qollar: Ruslan Myalkovskiy, 37, Kiril Çepenkov, 40, Andrey Demisyuk, 50 - Raul Məmmədov, 22

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 14:20 Millimiz Latviya uçdu