
Azərbaycan Kubokunun "Qarabağ" - "Sabah" oyunu gərginliyi ilə yanaşı hakim qərarları ilə də yadda qaldı.
Hər iki tərəf baş hakim İnqilab Məmmədovun idarəçiliyindən, oyun zamanı verdiyi qərarlardan narazılıq etdi.
"Qarabağ" tərəf xüsusilə "Sabah" qələbə qolunu vurduğu andan bir qədər öncə yaşanmış bir epizoda etiraz edirdi.
Belə ki, Ağdam klubunun məşqçilər korpusu qol vurulmamışdan bir qədər öncə, "Sabah" müdafiədən hücuma çıxarkən "bayquşlar"ın hücumçusu Coy Lens Mikelsin ofsayda olduğunu iddia edirdi.
Hücumun başlanğıc fazası sayılmadığından, qoldan sonra bu epizoda VAR-da baxılmadı.
Qol vurulduqdan sonra "Qarabağ " tərəfinin kütləvi etirazına görə məşqçilər korpusunun bir neçə üzvü sarı və qırmızı vərəqə ilə cəzalandı, Yassin Benzia isə hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə aldı.
Maraqldır ki, epizodun təkrarına baxdıqda, hakimlərin doğru qərar verdiyi açıq aşkar görünür. Belə ki, "Sabah" hücuma çıxarkən Coy Lens Mikels mərkəzdən geridə olduğundan, burada ofsayddan ümumiyyətlə söhbət gedə bilməz.
Oyun "Sabah"ın 3:2 hesablı qələbəsi ilə nəticələnib. Masazır klubu bu qələbə ilə tarixi ərzində ilk dəfə Azərbaycan Kubokunun sahibi olub və Avropa Liqasına qatılmaq haqqı əldə edib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN