Gedişinə 4 cümlə həsr etdi: "Vidalaşmaq vaxtıdır"

5 İyun 01:50 Sumqayıt 573
Gedişinə 4 cümlə həsr etdi: "Vidalaşmaq vaxtıdır"

Rövlan Muradov "Sumqayıt"la yollarını ayırması ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, bu komandada keçirdiyi iki mövsümün karyerasında yaddaqalan olduğunu bildirib:

"Sumqayıt ailəsindən hər kəsə salamlar. Vidalaşmaq vaxtıdır.

Sizinlə keçirdiyim iki mövsüm karyeramda yaddaqalan və unudulmaz anlarla dolu oldu. Əməyi keçən və əziyyət çəkən hər kəsə təşəkkür edirəm, sizə uğurlar arzulayıram".

"Sumqayıt" Rövlan Muradovla yanaşı Miloş Miloviç, Momo Yansane ilə də vidalaşdığını açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 14:20 Millimiz Latviya uçdu