Berezutski “Sabah”da daha bir nəfərin üstündən xətt çəkdi

5 İyun 2025 21:20 Sabah 2 911
Berezutski “Sabah”da daha bir nəfərin üstündən xətt çəkdi

“Sabah”ı tərk edəcək daha bir futbolçunun adı bizə məlum olub.

Namiq Ələsgərovla yanaşı, Neqoş Kupusoviç də karyerasını başqa klubda davam etdirməlidir.

“Srvena Zvezda”nın və Serbiyanın U-19 millisinin keçmiş üzvü Vasili Berezutskinin planlarına daxil deyil.

Geridə qalan mövsümdə meydanda az vaxt keçirıən hücumçu ehtiyat oyunçular skamyasının “daimi sakini” kimi yadda qalıb. Berezutski “11-lik” uğrunda mübarizədə Pavol Şafrankoya layiqli rəqib arzusundadır, daha Kupusoviç kimisi yox.

İş burasındadır ki, 24 yaşlı forvardla yolları ayırmaq asan məsələ deyil. Klub 2024-cü ilin yayında onunla 3 illik sözləşmə əldə edib.

Daha 2 illik müqavilə qüvvədə olduğundan, Neqoşla ortaq məxrəcə gəlmək mütləqdir. Ya hansısa məbləğdə təzminat ödənməlidir, ya da başqa kluba icarəyə verilməlidir.

Hazırda bu yöndə müəyyən işlər görülür.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?