Millimizin kapitanından məğlubiyyət şərhi: "Bu cür vəziyyətlərə hazır olmalıyıq"

5 İyun 23:00 Milli komanda 227
Millimizin kapitanından məğlubiyyət şərhi: "Bu cür vəziyyətlərə hazır olmalıyıq"

Azərbaycan U-21 millisi yoxlama görüşündə belaruslu həmyaşıdlarına məğlub oldu 1-3.

Matçdan sonra gənclər millimizin kapitanı Ayxan Süleymanlı Sportinfo.az-a açıqlama verib.

"Sumqayıt"ın üzvü məğlubiyyəti belə şərh edib:

"İki fərqli hissə oldu. Buraxdığımız birinci qola kimi yaxşı çıxış etdik. Oyun bizim nəzarətimiz altında idi. Rəqibi yaxşı təhlil edə bilmişdik. Qol fürsətlərimizi təəssüf ki, dəyərləndir bilmədik. İkinci yarı Belarus millisinin üstünlüyü ilə keçdi.

Təcrübəmiz çatmadı.Meydanın içində bir-birimizə dəstək olduq. Oynamağa davam etməli olduğumuzu dedik. Amma icra edə bilmədik. Təcrübəmiz buna imkan vermədi. Biz bu cür vəziyyətlərə hazır olmalıyıq.

Bəlkə də yorğunluq vardı. Amma bunlar bəhanə ola bilməz. Növbəti görüşlərə hazırlaşacağıq. Çalışacağıq ki, bu səhvləri etməyək".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti