Deyirlər, Azərbaycan yığmasını udmaq bizlikdir

5 İyun 10:40 Milli komanda 1 604
Deyirlər, Azərbaycan yığmasını udmaq bizlikdir

Latviyada Azərbaycan millisi ilə keçiriləcək yoldaşlıq görüşü öncəsi sorğu aparılıb.

Sportinfo.az xəbər verir ki, yerli mətbuat azarkeşlərin fikirlərini öyrənib.

Əksəriyyət milli komandalarının Riqadakı qarşılaşmadan qələbə ilə ayrılacağını proqnozlaşdırıb.

Latviyanın Farer adaları və Ermənistan kimi rəqibləri məğlub etməsi, Azərbaycanın isə Belarus və Haitiyə asanlıqla uduzması fanatların belə düşünməsinə səbəb olub.

Çoxları matçda az qolun qeydə alınacağını düşünür. Çünki bu komandalar arasında keçirilən oyunların çoxu az qollu olub və hər iki millinin hücum xətti istənilən səviyyədə deyil.

İyunun 7-də “Skonto” stadionunda keçiriləcək Latviya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 14:20 Millimiz Latviya uçdu