Mahir Emreliyə daha bir müştəri peyda oldu - Bu ölkədə

5 İyun 23:40 Gündəm 2 596
Mahir Emreliyə daha bir müştəri peyda oldu - Bu ölkədə

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyada daha bir klubun maraq dairəsinə düşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

27 yaşlı futbolçunun 2024/25 mövsümünün sonunda 2-ci bundesliqa təmsilçisi "Nürnberq"lə müqaviləsi başa çatıb.

Emrelinin tezliklə azad agent qismində yeni kluba keçəcəyi gözlənilir. Yüksək ehtimalla bu, yenidən Almaniya komandalarından biri olacaq.

"Bild"in yazdığına görə, hazırda hücumçu axtarışında olan 2-ci bundesliqa klubu "Fortuna" (Düsseldorf) Mahiri heyətində görmək istəyir. Lakin hələlik bununla bağlı rəsmi açıqlama verilməyib.

Daha əvvəl elə həmin nəşr 1-ci bundesliqanın ən azı bir klubunun (ad açıqlamayıb), 2-ci bundesliqadan isə "Kayzerslautern"in Emrelini heyətində görmək istədiyini yazıb.

Digər Xəbərlər
Xəbər Lenti