“Neftçi”nin 31 qol vuran hücumçusu: “Gözləmirdim”

5 İyun 03:20 Qadın futbolu 1 279
“Neftçi”nin 31 qol vuran hücumçusu: “Gözləmirdim”

AFFA Yüksək Qızlar Liqasında 2024/2025 mövsümünün ən məhsuldar oyunçusu olan “Neftçi”nin futbolçusu Coşqunə Əliyeva çempionluqla bağlı təəssüratlarını bölüşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə hücumçu "report"a açıqlama verib.

O, son oyunlarda vurduğu qolların sayəsində bombardir olduğunu bildirib:

“Əlbəttə, qalib olduğumuza görə hamımız sevinirik. Son iki ildə ardıcıl çempionluqlar yaşadıq.

Bu mövsüm ən məhsuldar oyunçu olacağımı gözləmirdim. Açığı, çox qol vurmaq, bombardir olmaq hədəfim də yox idi.

Yalnız son oyunlarda belə nəticə göstərdim. Növbəti mövsümdə də hədəf yenə çempionluq olacaq”.

Azərbaycan millisinin üzvü son mövsümün yorucu keçdiyini də vurğulayıb:

“Mövsümü əla dəyərləndirirəm, eyni zamanda həddindən çox yorucu idi. Həm mənim, həm də komandam üçün sonuncu dəfə belə yorucu mövsümün nə vaxt olduğunu xatırlamıram

. Bununla yanaşı həm də əyləncəli idi. Bir sözlə mövsümü çox yüksək səviyyədə keçirdiyimizi deyə bilərəm”.

C.Əliyeva başqa kluba gedə biləcəyini də vurğulayıb:

“Neftçi”nin heyətində UEFA Çempionlar Liqasının oyunlarında iştirak edəcəyəm. Başqa klublardan təkliflər olacağım təqdirdə gedə bilərəm. İnkişaf üçün daha yaxşı liqalarda oynamalısan.

Azərbaycan çempionatında cəmi 6 komanda var. Liqa o qədər də güclü deyil, rəqabət yoxdur. Demək olar ən yaxşı bizim komandadır.

Rəqabət olsa, əlbəttə, kim istəməz ki, öz vətənində oynasın? Xarici çempionatlarda oynamaq istəyirəm".

“Neftçi” bu mövsüm AFFA Yüksək Qızlar Liqasının qalibi adını qazanıb. Coşqunə Əliyeva 31 qolla çempionatın ən məhsuldar oyunçusu olub.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 14:20 Millimiz Latviya uçdu