İrəvandan Bakıya və əks istiqamətə neçə reys həyata keçirilib?

5 İyun 07:50 Araşdırma 154
İrəvandan Bakıya və əks istiqamətə neçə reys həyata keçirilib?

“Cari ilin yanvarından iyuna qədər İrəvandan Bakıya və əks istiqamətə iki dövlət reysi həyata keçirilib”.

Bunu “Sputnik Ermənistan”ın sorğusuna cavabında Ermənistanın Ərazilərin idarə olunması və İnfrastruktur Nazirliyindən bildirilib.

“Bu il İrəvan-Bakı marşrutu üzrə 1 və eləcə də əks istiqamətə 1 uçuş həyata keçirilib. Hər iki halda təyyarə xarici yüksəkvəzifəli şəxsləri daşıyıb”, - məlumatda qeyd olunub.

Nazirlik, həmçinin bildirib ki, dövlət reyslərinin həyata keçirilməsinə icazə Ermənistan XİN tərəfindən verildiyindən məsələ ilə bağlı əlavə məlumata sahib deyillər.

Qeyd edilib ki, 2020-ci ildən İrəvan-Bakı-İrəvan marşrutu üzrə hava əlaqəsi yalnız beynəlxalq nümayəndə heyətlərinin daşınması üçün dövlət reysləri formatında həyata keçirilir.

“Sputnik Ermənistan”ın məlumatına görə, həmin marşrut işə salındıqdan sonra 68 belə uçuş həyata keçirilib.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 14:20 Millimiz Latviya uçdu