Onu istəyən klubun rəhbərliyinə öz şərtlərini söylədi - Baş məşqçi postuna namizəd

5 İyun 2025 15:40 İtaliya 1 032
Onu istəyən klubun rəhbərliyinə öz şərtlərini söylədi - Baş məşqçi postuna namizəd

“Komo” baş məşqçisi Sesk Fabreqasla yollarını ayırmaq niyyətində deyil.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “İnter”in ciddi cəhdlərinə baxmayaraq, “Komo” ispaniyalı çalışdırıcını komandada saxlamaq istəyir.

“İnter” Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçən Simone İnzaqini əvəz edəcək baş məşqçi axtarır.

Fabreqasın gələcəyi ilə bağlı vəziyyət yaxın günlərdə aydınlaşacaq. O, artıq “İnter” rəhbərliyi ilə görüş keçirib və heyətin yenidən qurulmasına dair tələblərini təqdim edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM