
Özbəkistan tarixində ilk dəfə futbol üzrə dünya çempionatının final mərhələsində iştirak edəcək.
Sportinfo.az xəbər verir ki, özbəklər final mərhələsinin 9-cu turunda səfərdə Birləşmiş Ərəb Əmirliklərinin ilə qarşılaşıb.
Matç 0:0 hesabı ilə yekunlaşıb.
Bununla da sona bir tur qalmış Özbəkistan millisi DÇ-2026-ya vəsiqəni təmin edib.
Özbəklərin yarışdığı A qrupunda daha əvvəl İran millisi (hazırda 9 oyundan 21 xalı var) mundiala vəsiqə qazanmışdı. İkinci vəsiqənin sahibi isə özbəklər olub (9 oyundan 18 xal).
Bu heç-heçə onların BƏƏ üzərində dörd xallıq üstünlüyünü qorumağa imkan verib.
Dünya çempionatının final mərhələsi 2026-cı ilin 11 iyun - 19 iyul tarixlərində 48 komandanın iştirakı ilə ABŞ, Meksika və Kanadada keçiriləcək.