
Azərbaycan kubokunun yeni sahibinin adı yeni ad – “Sabah” oldu.
Mayın 31-də final qarşılaşmasında güclü “Qarabağ”ı məğlub edən “tələbələr” klub tarixində ilk titulu qazandı.
3:2 hesablı qalibiyyətdə Vasili Berezutskinin əvəzetmələri vacib rol oynadı ki, meydana sonradan daxil Coy-Lens Mikelsin fəallığını unutmamalıyıq.
Almaniyalı vinger Sportinfo.az-a verdiyi açıqlamada qələbə təəssüratlarını blüşüb:
“Bu, peşəkar futbolçu karyeramın ilk tituludur. 30 yaşımda bu uğura nail olduğuma görə çox sevincliyəm.
Premyer Liqada mükafatçı yerlərdən birini tuta bilmədiyimiz üçün hədsiz üzgün idik. Yeganə çıxış yolumuz kuboku ıəldə etmək idi.
Sözü bir yerə qoyub, əvvəldən sona qədər mübarizə apardıq. Həvəsdən düşmədik, əksinə, hesabda geri düşdüyümüz məqamda özümüzdə güc tapdıq.
Düzdür, “Qarabağ” top sahibolmada bizi üstələyirdi. Ancaq biz də nə edəcəyimizi bilirdik.
Uzun ötürmələrdən istifadə etməklə bəzi futbolçuların sürətinə güvənirdik. Yaxşı ki, əlimizə düşən fürsətlərdən maksimum yararlanmağı bacardıq”.
Ölkə kubokunu qazanan “Sabah” yeni mövsümdə Avropa Liqasında mübarizə aparacaq.
HƏBİB