Premyer Liqaya qayıtmaq istəyən “Səbail”in xilaskarı bu adam olacaq

4 İyun 20:40 Səbail 2 743
Premyer Liqaya qayıtmaq istəyən “Səbail”in xilaskarı bu adam olacaq

Premyer Liqanı tərk edən “Səbail”də hələ ki, sakitlikdir.

Məşqçilər və inzibati heyət istirahət edir, klubla müqaviləsi başa çatan futbolçular yeni iş yeri axtarışına çıxıb.

Klub rəhbərliyində təmsil olunanlar isə yeni mövsümün planlarını cızır. Çünki indiki məqamda əsas yük onların çiyinlərindədir. İstər maliyyə, istərsə də təşkilati işləri doğru-düzgün qurmaq lazımdır ki, çempionatın gedişində proseslər mexanizm kimi işləsin.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, “Səbail” rəsmiləri elitaya qayıtmaq yolunda “Qəbələ” nümunəsinə bel bağlamaq niyyətindədir.

Klubla müqaviləsi davam edən Suliman Alluşla Rüfət Abdullazadənin satışı nəzərdə tutulub. Bu futbolçular karyerasını başqa klubda davam etdirmək üçün “Səbail” onların keçidindən pul qazanmalıdır. 50-100, yoxsa 150 min manat, bu, danışıqların gedişindən asılı olaraq.

Digər vacib məqam “dənizçilər”in əsas heyətinin vacib oyunçularından olmuş İlkin Muradovu saxlamaq istəyidir. Ötən mövsüm “Qəbələ” Asif Məmmədovu “ağsaqqal” qismində qorumaqla istəyinə çatdığı kimi, “Səbail” rəsmiləri də Muradova bel bağlamaqla onun bacarığından yararlanmaq niyyəti güdür. Həm kapitan, həm də klubun xilaskarı olmalıdır.

Premyer Liqada şans qazanan gənclərin bir neçəsi növbəti “futbol ili”ndə baş məşqçi Elvin Məmmədovun sərəncamında olacaq. Bununla yanaşı, kollektivin yeni adlarla güclənməsi də mütləqdir. Hələ ki, bu yöndə hansısa yenilik yoxdur.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 14:20 Millimiz Latviya uçdu