
Futzal üzrə PFL komandasının baş məşqçisi Elxan Səmədov "Araz-Naxçıvan"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu ilə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, o, bu barədə "report"a açıqlama verib.
E.Səmədov artıq ikinci ildir I Liqada çıxış etdiklərini xatırladıb:
"Həmişə ilk "üçlük"də yer almışıq. Azərbaycanda futzala həmişə maraq olub. Təbii ki, ilk növbədə bu işi uğurla icra edən federasiya prezidenti Zaur Axundova minnətdarlığımı bildirmək istəyirəm.
Finalda oynamaq, “Araz Naxçıvan”la qarşılaşmaq bizim üçün fəxrdir. Var qüvvəmizlə hazırlaşırıq. İstənilən halda sevincli olacağıq.
Həyatda şans hər zaman olur. Ümid edirəm ki, möcüzə kimi görünsə də, o şans sabah bizim tərəfimizdə olacaq”.
"Araz-Naxçıvan" və PFL komandaları arasında iyunun 5-də "Olimpik Star"da keçiriləcək Azərbaycan Kubokunun final oyunu saat 14:00-da start götürəcək.