
Bu yay avrokuboklara qatılmayacaq “Neftçi”də radikal islahatlar davam edir.
Paytaxt təmsilçisi artıq 9 futbolçu ilə yolları ayırıb.
Son olaraq almaniyalı müdafiəçi Robert Bauer və portuqaliyalı yarımmüdafiəçi Rafael Quzzo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Hər iki legioner 2024-cü ilin yay transfer pəncərəsində transfer olunmuşdu. Onlardan Bauerlə 2, Quzzo 3 illik müqavilə imzalamışdı.
Bakılılar komandaya faydası dəyməyən əcnəbilərdən elə-belə qurtulmayıb. Hər ikisinə təzminat ödənilib. Amma bir o qədər də böyük məbləğ qarşılığında yox.
Yola salınan cütlük 3-6 aylıq maaş miqdarında kompensasiya qarşılığında vida sənədinə imza atıb.
SPORTİNFO.AZ