Əgər cərimə zərbəsini yerinə yetirən... Futbolda yeni qayda

5 İyun 2025 00:00 Gündəm 573
Əgər cərimə zərbəsini yerinə yetirən... Futbolda yeni qayda

Futbol Assosiasiyalarının Beynəlxalq Şurası (IFAB) onbirmetrlik zərbə ilə bağlı yeni qaydanı təsdiqləyib.

Sportinfo.az RBK-ya istinadən xəbər verir ki, əgər cərimə zərbəsini yerinə yetirən şəxs bilmədən topa iki dəfə toxunarsa və top qapıya daxil olarsa, zərbə yenidən yerinə yetirilə bilər.

Yeni qayda 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Əvvəllər penalti zərbəsi zamanı topa hər hansı ikinci toxunuş, hətta təsadüfən olsa belə, zərbənin təkrarlanması və ya qolun hesaba alınmaması ilə nəticələnirdi.

Çempionlar Liqasının 1/8 finalında “Real Madrid”lə oyunda “Atletiko”nun hücumçusu Xulian Alvares penalti zərbəsi zamanı topa iki dəfə toxunduğu üçün üçün qol qəbul edilməmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!