"Uduzanda ən böyük zərbəni biz alırıq"

4 İyun 21:00 Milli komanda 217
"Uduzanda ən böyük zərbəni biz alırıq"

Azərbaycan millisi 2025-ci ildə növbəti matçını yoxlama görüşü çərçivəsində Latviyaya qarşı keçirəcək.

Fernandu Santuşun komandası səfərdə meydana çıxacaq.

Bu il keçirdiyi qarşılaşmalarda məğlubiyyətlər alan A millidən gözləntilər yalnız qələbədən ibarətdir.

Görəsən, futbolçular futbol ictimaiyyətinin tələblərini qarşılamağa hazırdırmı?

Yığmanın forvardı Musa Qurbanlı Sportinfo.az-a açıqlamasında sualımıza cavab olaraq bunları deyib:

"Biz özümüz də qələbə istəyirik. Bunu çox arzulayırıq.

Son oyunlarda ardıcıl məğlubiyyətlər oldu. Ola bilər ki, bu fikirlər şablon səslənsin.

Amma meydana çıxan bizik. Uduzanda ən böyük zərbəni biz alırıq.

Həm özümüz, həm də azarkeşlərimiz üçün oynayırıq. Düşünmürəm ki, qələbəni kimsə bizdən çox istəsin.

Bunun üçün döyüşəcəyik, əlimizdən gələn hər şeyi edəcəyik".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 14:20 Millimiz Latviya uçdu