İki afrikalı legionerlə yeni müqavilə imzalanacaq

5 İyun 08:40 I Divizion 862
İki afrikalı legionerlə yeni müqavilə imzalanacaq

2025/2026 mövsümündə I Liqada mübarizə aparacaq “Mingəçevir” heyəti formalaşdırmaq üçün işlərə başlayıb.

Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi heyətindəki bəzi legionerlərlə bağlı qərar qəbul edib.

Klub rəhbərliyi komandaya uyğunlaşan və yeni mövsümdə faydalı ola biləcək bəzi əcnəbi futbolçuları saxlamağı planlaşdırır. Artıq həmin legionerlərlə danışıqlara start verilib.

Nur şəhərinin təmsilçisi 21 yaşlı nigeriyalı hücumçu Abba Usman və Fil Dişi Sahilindən olan Donald Ange ilə yaxın günlərdə yeni müqavilə imzalayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 14:20 Millimiz Latviya uçdu