Dünyanın ən bahalı futbol klubları açıqlandı - SİYAHI

30 May 2025 22:00 Dünya futbolu 809
Dünyanın ən bahalı futbol klubları açıqlandı - SİYAHI

Dünyanın ən bahalı futbol klubları müəyyən olunub.

Sportinfo.az “Football Benchmark Group”-a istinadən xəbər verir ki, siyahının lideri “Real”dır. “Kral klubu”nun dəyəri 6,3 milyard avro qiymətləndirilib.

İkinci pillədə İngiltərə Premyer Liqasında son illərin dominant komandası “Mançester Siti” qərarlaşıb. “Şəhərlilər”in dəyəri 5,2 milyard avrodur.

Üçüncü yerdə isə İngiltərənin daha bir klubu “Mançester Yunayted” yer alıb. “Qırmızı şeytanlar”ın dəyəri 5,1 milyard avro təşkil edir.

Ən bahalı “onluq”da aşağıdakı klublar da yer alıb: “Barselona”, “Bayern”, “Liverpul”, “Arsenal”, PSJ, “Tottenhem” və “Çelsi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti