Rayonda 27 komanda arasında birincilik keçirildi, “Ağdaş” qazandı

5 İyun 10:20 Hadisə 407
Rayonda 27 komanda arasında birincilik keçirildi, “Ağdaş” qazandı

Sportinfo.az xəbər verir ki, Ağdaş şəhər stadionunda futbol üzrə rayon turniri başa çatıb.

Yerli İcra Hakimiyyəti, Ağdaş rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə keçirilən yarış “28 May – Müstəqillik Günü”nə hər olunub.

10 gün davam edən yarışda ümumilikdə 27 komanda qalib adı uğrunda mübarizə aparıb.

Turnirin final matçında rayonunda eyniadlı komandası ilə “Pirkəkə” komandası üz-üzə gəlib. Rəqibini məğlub edən “Ağdaş” turnirin qalibi adını qazanıb.

Fərqlənən komandalar medal, diplom və kubokla mükafatlandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 14:20 Millimiz Latviya uçdu