Legioner həyatı yaşayan azərbaycanlı oyunçu klubdan getdi

5 İyun 2025 00:40 Bizimkilər 688
Legioner həyatı yaşayan azərbaycanlı oyunçu klubdan getdi

Vüsal İsgəndərli Türkiyədə "Boluspor"dan ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə 29 yaşlı yarımmüdafiəçi öz sosial şəbəkə hesablarında məlumat yayıb.

O, paylaşımında yazıb: “Hər şey üçün təşəkkürlər, “Boluspor”.

Vüsal 2024-cü ildən “Boluspor”un formasını geyinirdi. O, geridə qalan mövsüm 22 oyuna çıxıb, 1 qol vurub və 3 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu