
Braziliya millisinin yeni baş məşqçisi Karlo Ançelotti “Santos”un hücumçusu Neymarı milliyə çağırmamasının səbəbini açıqlayıb.
Sportinfo.az bu barədə “Marca”ya istinadən xəbər verir.
“Çalışırdım ki, yaxşı formada olan futbolçular seçim. Neymar bu yaxınlarda zədələnmişdi. Hər kəs onun çox vacib oyunçu olduğunu bilir və həmişə belə olacaq.
Hazırda Neymar kimi zədədən əziyyət çəkən və milliyə çağırıla bilməyən çoxlu futbolçularımız var.
Neymar məsələsinə gəldikdə, biz ona güvənirik. Braziliya ona ümid bəsləyir. Bu səhər qərarımı izah etmək üçün onunla danışdım. Mənimlə tamamilə razıdır”, - italiyalı mütəxəssis bildirib.
Neymar bu mövsüm bütün turnirlərdə 11 matçda iştirak edib, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.