Premyer Liqa klubundan incik ayrıldı, indi legioner həyatı yaşayacaq?

5 İyun 19:00 Azərbaycan Futbolu 751
Premyer Liqa klubundan incik ayrıldı, indi legioner həyatı yaşayacaq?

"Sumqayıt"dan ayrılan növbəti futbolçu Rövlan Muradov oldu.

Təcrübəli yarımmüdafiəçinin ayrılığına əsas səbəb başa çatan mövsüm qarşılaşdığı münasibət oldu.

O, Vaqif Cavadovun dönəmində daha çox ehtiyatda qalırdı.

Təbii ki, yeni təkliflər alması da onun gedişinə az təsir etməyib.

Premyer Liqanın bir neçə klubu Muradovun xidmətində maraqlıdır.

Amma 27 yaşlı futbolçu qərar verməkdə tələsmir.

Çünki niyyəti ölkə xaricinə yollanmaqdır.

Bir neçə əcnəbi klubla bu yöndə danışıqlar aparılır.

Onu istəyən komandalar arasında Türkiyə təmsilçiləri var.

Əgər razılıq əldə olunsa Rövlan yenidən legioner həyatı yaşayacaq.

"Qəbələ"nin yetirməsinin 2017/18 mövsümündə Çexiyanın "Slaviya Praqa" klubunda qısa müddət çıxış etdiyini bildirək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti