“Məni satmaq istəyirlər? Özümə belə bir şey deyən olmayıb”

5 İyun 15:20 İspaniya 451
“Məni satmaq istəyirlər? Özümə belə bir şey deyən olmayıb”

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen gələn mövsümdə hansı klubda çıxış edəcəyini açıqlayıb.

Son zamanlar mediada almaniyalı qolkiperin Kataloniya klubundan ayrılacağı ilə bağlı iddialar yayılmışdı.

Bildirilirdi ki, klub rəhbərliyi 2014-cü ildən komandada çıxış edən futbolçunu satmaq niyyətindədir.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, Ter Ştegen haqqında yayılan xəbərləri təkzib edib:

“Barselona” məni satmaq istəyir? Mənə belə bir şey deyən olmayıb.

Bütün bu söz-söhbətləri şərh etmək çətindir. Yeganə bildiyim budur ki, gələn mövsüm də “Barselona”da oynayacam”.

Daha əvvəl “Barselona”nın Ter Ştegenin əvəzinə “Espanyol”dan Xuan Qarsiyanı transfer etmək istədiyi bildirilirdi. İspaniyalı qapıçının oyun üslubu baş məşqçi Hans-Diter Flikin marağına səbəb olub.

Digər Xəbərlər
Xəbər Lenti