Ən çox maaş alan oyunçunun müqaviləsi uzadılmadı - Bu problemə görə

5 İyun 2025 14:40 Araz-Naxçıvan 3 087
Ən çox maaş alan oyunçunun müqaviləsi uzadılmadı - Bu problemə görə

Konfrans Liqasına hazırlıq görən «Araz-Naxçıvan» heyəti yenidən komplektləşdirməyə başlayıb.

Müqaviləsi uzadılan futbolçularla yanaşı, düşərgədən göndərilənlər də az deyil.

Artıq onların sayı dörddür. Belə ki, Premyer Liqanın bürünc medalçısı Sezar Meza Kolli, Vadim Abdullayev və Karlos Jatobadan sonra Miço Kuzmanoviçlə sağollaşıb.

2023-cü ilin yayından bu formanı geyinən bosniya və herseqovinalı yarımmüdafiəçi Elmar Baxşıyevin yeni planlarından kənarda qalıb.

Vingerin xroniki zədə üzündən zəif mövsüm keçirməsi baş məşqçini belə bir qərar vermək məcburiyyətində buraxıb.

Sözləşməsinin müddəti bitən balkanlı legioner Muxtar Respublika təmsilçisinin ən ödənişli simalarından biri idi. Ona ödənilən aylıq əməkhaqqı 14 min dollar təşkil edirdi.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!