“Mətbuata baxsaq, klubumuz 500 futbolçu ilə maraqlanır”

5 İyun 10:00 İngiltərə 179
“Mətbuata baxsaq, klubumuz 500 futbolçu ilə maraqlanır”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Espanyol”un qapıçısı Xuan Qarsiya ilə bağlı yayılan şayiələri şərh edib.

Sportinfo.az “Cadena SER”-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı qapıçı məsələsindən o qədər də başının çıxmadığını bildirib:

“Mətbuata baxsaq, klubumuz 500 futbolçu ilə maraqlanır. Elə bilirsiz bu doğrudur? (gülür)

Xuan Qarsiyanın vəziyyəti barədə heç nə bilmirəm. Mənə dedilər ki, o, əla qapıçıdır. Qapıçı məsələsindən o qədər də başım çıxmır. Mən sadəcə onlara deyirəm ki, topu tutsunlar.

Artıq bir neçə həftədir ki, gələn mövsümün planları haqqında danışırıq. Ederson və Stefan Orteqa bizimlə qalacaq”.

Bu yaxınlarda mediada Xuan Qarsiyanın həm də “Barselona”ya keçəcəyi ilə bağlı xəbərlər yayılıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 14:20 Millimiz Latviya uçdu