Növbəti transfer - Qarşıdakı iki ili Premyer Liqa klubunda keçirəcək

5 İyun 2025 00:50 Şamaxı 778
Növbəti transfer -  Qarşıdakı iki ili Premyer Liqa klubunda keçirəcək

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi yarımmüdafiəçi Oruc Məmmədovu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu növbəti iki ili Premyer Liqa klubunda keçirəcək. Məmmədov son olaraq “Səbail”də çıxış edib.

“Şirlər” ondan öncə “Qəbələ”dən 19 yaşlı yarımmüdafiəçi Emil Süleymanovu birillik icarəyə götürüb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Avqust 18:10 Çək və bizə göndər!