Yeni müdafiəçi üçün 15-18 milyon avro ödəməli olacaq - “Barselona”

5 İyun 01:40 İspaniya 157
Yeni müdafiəçi üçün 15-18 milyon avro ödəməli olacaq - “Barselona”

Leverkuzen “Bayer”inin müdafiəçisi Alexandro Qrimaldo “Barselona”ya qayıda bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

“Barselona” rəhbərliyi hazırda Aleks Balde və Jerar Martinin oyunundan razıdır, ancaq ikincinin ən yüksək səviyyədə çıxış etməyə tam hazır olub-olmadığına şübhə ilə yanaşılır.

Bu səbəbdən, Qrimaldo bu mövqedə “Barsa”nın əsas namizədi hesab olunur. Klub onun oyun səviyyəsini, təcrübəsini və komandanın oyun üslubuna uyğunluğunu yüksək qiymətləndirir.

O, “Barsa” akademiyasının yetirməsidir və vaxtilə klubun gənclər komandasında çıxış edib.

29 yaşlı oyunçunun özü də “Bayer”dən ayrılıb La Liqaya qayıtmaq istəyir. Leverkuzen klubu onu sərfəli təklif olacağı təqdirdə, buraxmağa hazırdır.

Onun müqaviləsində bazar dəyərindən xeyli aşağı məbləğdə – təxminən 15-18 milyon avro civarında sərbəst qalma bəndi var.

Qrimaldo ötən mövsüm Bundesliqada 32 oyun keçirib, 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 14:20 Millimiz Latviya uçdu