Super Liqaya iddialı klubdan azərbaycanlı gəncə təklif gəldi, “Neftçi” “ofsayd”da qaldı

5 İyun 20:00 Sumqayıt 2 686
Super Liqaya iddialı klubdan azərbaycanlı gəncə təklif gəldi, “Neftçi” “ofsayd”da qaldı

Millinin və «Sumqayıt»ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə Türkiyədən təklif alıb.

23 yaşlı orta sahə oyunçusuna dəvət göndərən klub TFF I Liqada mübarizə aparır.

Super Liqaya vəsiqəyə iddialı olan aşağı liqa təmsilçisi onunla 3 illik müqavilə imzalamaq niyyətindədir.

Premyer Liqanın son mövsümündə 4 qol vuran və 2 məhsuldar ötürmə verən Səbuhinin fikri qardaş ölkəyə yollanmaqdır. Məhz bu üzdən «Neftçi»yə keçiddən imtina edib.

Eyni vaxtda «Sumqayıt» da çətin vəziyyətlə üzləşib.

Abdullazadə yetirməsi olduğu klubun müqaviləni uzatmaq çağırışına hələlik nə «hə», nə də «yox» deyib. Onları da gözlədir.

Bəlkə də ötən il baş verən hadisəyə görə belə edir. Belə ki, həmin vaxt «Pendikspor» Səbuhiyə görə «Sumqayıt»ın qapısını rəsmi təkliflə döyüb.

Fəqət, «kimyaçılar»ın irəli sürdüyü təzminatın məbləği türklərin gözünə böyük göründüyündən, transfer reallaşmamışdı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti