
PSJ qapıçısı Canluici Donnarumma ilə müqaviləni uzatmaq niyyətindədir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris təmsilçisi 26 yaşlı qolkiperə yeni müqavilə təklif edib.
PSJ Liqa 1-in və UEFA Çempionlar Liqasının son qalibi olaraq Donnarumma ilə 2029-cu ilin yayına qədər əməkdaşlığı davam etdirmək istəyir.
Yeni müqaviləyə əsasən, italiyalı futbolçunun illik maaşı 8 milyon avro təşkil edəcək.
O, 2021-ci ilin yayından etibarən PSJ-də çıxış edir. Onun hazırkı müqaviləsinin müddəti 2026-cı ilin iyununda başa çatacaq.