
UEFA-nın keçmiş prezidenti Mişel Platini “Real”ın hücumçusu Kilian Mbappe haqqında fikirlərini bölüşüb.
Sportinfo.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, həmyerlisinin müstəsna keyfiyyətlərini vurğulayıb:
“Mbappe fenomenal bir futbolçudur. O, “qızıl buts” mükafatını qazandı və Avropanın ən məhsuldar hücumçusu oldu.
Səviyyəsini sübut etdi. Halbuki komanda uğursuz mövsüm keçirdi. Mbappe qol vuran bir hücumçudur. Ondan Lionel Messi və ya Zinəddin Zidan üslubunda oyun tələb etmək lazım deyil. Onun əsas vəzifəsi qol vurmaqdır”.
Mbappe “Real”ın sıralarına 2024-cü ilin yayında PSJ-dən azad agent kimi qoşulub. O, “kral klubu” ilə müddəti 2029-cu ilin ortalarına qədər olan müqavilə imzalayıb.