Samir Abasovun istəmədiyi forvard "Neftçi"nin qarşısında hansı tələbi qoydu?

5 İyun 16:40 Neftçi 2 183
Samir Abasovun istəmədiyi forvard "Neftçi"nin qarşısında hansı tələbi qoydu?

Yenilənən "Neftçi"də 9 ayrılıq rəsmiləşib.

Amma bu da hələ son deyil.

Samir Abasovun sərəncamında görmək istəmədiyi adlar yenə var.

Məsələn, Demba Darbo kimi.

26 yaşlı forvardla uzun müddətdir danışıqlar davam edir.

Lakin afrikalı ilə dilə tapmaq müşkülə çevrilib.

2026-cı ilin yayına kimi müqaviləsi olan qambiyalı təzminat tələb edir.

Hücumçu yalnız müqaviləsinin sonuna qədər olan maaşını alacağı halda getməyə razılıq verəcəyini bildirib.

Dembo Darbo 2024-cü il avqustun 28-də “Neftçi”yə keçmişdi.

O, əvvəllər “Banjul”, “Şkupi”, “Şaxtyor”(Soliqorsk), “Əl-Nəsr”(BƏƏ), “Astana”, “Ordabası” klublarında oynayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti