
“Neftçi” daha bir futbolçu ilə yolların ayrılmasına nail olub.
Söhbət ötən ilin yayında klubla 3 illik müqavilə bağlayan Robert Bauerdən gedir.
“Ağ-qaralar”la daha 2 illik sözləşməsi qüvvədə olan almaniyalı futbolçu ilə aparılan danışıqlardan sonra ortaq məxrəcə gəlmək mümkün olub.
Almaniyada “Verder”, “Nürnberq”, “İnqolştadt” kimi köklü klubların üzvü olmuş müdafiəçi Bakıdan ayrılması ilə bağlı paylaşım edib.
30 yaşlı futbolçu “instagram”da paylaşdığı videoda köçlə bağlı görüntülər təqdim edərək, təyyarə və yük maşını emojilərini göstərib.
Videoya isə bu adı verib: “Bakı, sən gözəl idin”.
2024-cü ilin yayında Roman Qriqorçukun istəyi ilə “Neftçi”yə cəlb olunan Robert heç bir halda ümidləri doğrulda bilmədi.
Uzun müddət zədədən əziyyət çəkdi, şans qazandığı oyunlarda isə kobud səhvlərlə tənqidlərə tuş gəldi. Halbuki komandada 3 illik müqaviləyə əsasən ən yüksək ödənişli futbolçulardan biri idi.
O, mövsüm ərzində ağ-qara formada cəmi 15 oyunun iştirakçısı olub.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN