Məğlubiyyətlərə qəribə reaksiyaları gündəm oldu - VİDEO

5 İyun 00:10 Şahmat 225
Məğlubiyyətlərə qəribə reaksiyaları gündəm oldu - VİDEO

Şahmat üzrə 16-cı dünya çempionu, norveçli qrossmeyster Maqnus Karlsen “Norway Chess Stavanger” yarışının 8-ci turunda 2-ci məğlubiyyətini yaşayıb.

Sportinfo.az xəbər verir ki, o, Çin şahmatçısı Vey Yiyə məğlub olub.

Maraqlıdır ki, 30-cu gedişdə qaralarla oynayan norveçli şahmatçı kobud şəkildə səhv edib və atının vurulmasını görməyib.

Bu kobud səhvdən sonra məğlubiyyətin qaçılmaz olduğunu anlayan norveçli bərkdən qəhqəhə çəkib.

Karlsenin məğlubiyyətlərə qəribə reaksiyası maraq doğurur.

Dünya çempionu iyunun 1-də Qukeş Dommaraju ilə oyunda uduzduqdan sonra əsəbi halda yumruğunu şahmat lövhəsinə vurmuşdu. Onun həmin hərəkəti də diqqət çəkmişdi.

Xəbər Lenti
19 İyul 23:20 Portuqaliya klubuna getdi
19 İyul 18:10 Çək və bizə göndər!
19 İyul 16:20 "İmişli" budur - 2:1!