Premyer Liqanın ən kasıb klubu yay planını açıqladı

5 İyun 02:10 Şamaxı 468
Premyer Liqanın ən kasıb klubu yay planını açıqladı

"Şamaxı”nın yay hazırlıq planı məlum olub.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, təlim-məşq toplanışı iki mərhələdən ibarət olacaq.

İlk mərhələ iyulun 5-i Qəbələdə start götürəcək və iyulun 26-na qədər davam edəcək. İkinci mərhələ isə Şamaxıda olacaq və avqustun 7-nə qədər davam edəcək.

Komandanın hazırlıq zamanı 5 yoxlama oyunu keçirməyi planlaşdırılır. Rəqiblərin kimliyi, oyunların vaxtı və keçirilmə yeri haqda əlavə məlumat veriləcəyi bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 14:20 Millimiz Latviya uçdu