Komandası aşağı liqaya düşdü, özü hakimləri təhqir etdi, qərar qüvvədə saxlanıldı

5 İyun 2025 08:20 I Divizion 1 035
Komandası aşağı liqaya düşdü, özü hakimləri təhqir etdi, qərar qüvvədə saxlanıldı

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı başa çatan mövsümdə Azərbaycan I Liqasında çıxış edən "Qaradağ Lökbatan"ın baş məşqçisi Amit Quluzadə tərəfindən verilən apellyasiya şikayətini təmin etməyib.

Sportinfo.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

AFFA İntizam Komitəsinin mayın 21-də verdiyi qərar qüvvədə saxlanılıb.

Amit Quluzadə I Liqanın XXVI turunda "Karvan"la oyun bitdikdən (2:2) sonra hakimləri təhqir etdiyi üçün beş oyunluq cəza alıb.

Yevlaxdakı qarşılaşma “Qaradağ”ın I Liqadan II Liqaya yuvarlanmasını rəsmiləşdirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA