Orxan Məmmədov dünya çempionluğunun qazanılmasına necə töfhə verdi? - VİDEO

5 İyun 17:20 Dünya çempionatı 419
Orxan Məmmədov dünya çempionluğunun qazanılmasına necə töfhə verdi? - VİDEO

«Minifutbol yığmamızın böyük uğur qazanmasının səbəbləri var».

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində millimizin minifutbol üzrə dünya çempionu olmasına münasibət bildirib.

Tanınmış teleşərhçi qeyd edib ki, əldə olunan tarixi zəfərdə milli kadrlar və milli ruh amili əsasdır.

Abbasovun dediyinə görə, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov futbolu sevən şəxsdir və bu sahəyə həmişə ciddi diqqət və vaxt ayırır.

Ekspert qeyd edib ki, O.Məmmədov həmişə düzgün kadr islahatları aparıb, öz işini sevən, peşəkarlıq nümunəsi olan yerli funksionerlərə üstünlük verib.

Həmçinin vurğulayıb ki, AMF ilə yanaşı, «Zirə» də doğru yoldadır və qazanılan nəticələr tamamilə qanunauyğundur.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 23:20 Portuqaliya klubuna getdi
19 İyul 18:10 Çək və bizə göndər!
19 İyul 16:20 "İmişli" budur - 2:1!