COP29

Azərbaycan bədii gimnastları "Montenegro Cup"da iştirak edəcək

31 May 00:10 Digər növlər 408
Azərbaycan bədii gimnastları "Montenegro Cup"da iştirak edəcək

Sportinfo.az xəbər verir ki, Azərbaycan bədii gimnastları iyunun 1-də Monteneqronun Budva şəhərində start götürəcək “Montenegro Cup”da iştirak edəcəklər.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, iki gün davam edəcək yarışda böyüklər arasında Mədinə Dəmirova və Zəhra Cəfərova bacarıqlarını göstərməyə çalışacaqlar.

Gənclər arasında Nilufər Oruclu ilə Şəms Müvəffəqi, yeniyetmələrdə isə Məryəm Baloğlanova və Nur Sadıqova mübarizə aparacaq.

Onlar məşqçilər Valentina Ukleyna və Darya Lehkanın rəhbərliyi altında uğur qazanmağa çalışacaqlar. Turnirdə azərbaycanlı hakimlər Aliyə Paşayevə və Aysel Həsənova ədaləti qoruyacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?