Bizdən 3 nəfər Belarusda beynəlxalq turnirdə mübarizə aparacaq

9 Sentyabr 07:10 Digər növlər 373
Bizdən 3 nəfər Belarusda beynəlxalq turnirdə mübarizə aparacaq

Sentyabrın 10-dan 13-dək Belarusun paytaxtı Minskdə kayak və kanoe üzrə "Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin 2026-cı il Açıq Kuboku" beynəlxalq yarışı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Su İdmanı Növləri Federasiyasının (ASİNF) idmançıları da yarışda iştirak edəcəklər.

Ölkəmizi yarışda kayak və kanoe üzrə 3 idmançı təmsil edəcək.

Komandanın heyətində Mustafa Vəlizadə və Elmir Tarverdiyev kayak, Hüseyn Səmədli isə kanoe növündə mübarizə aparacaq. İdmançılara böyük məşqçi Mirnazim Cavadov rəhbərlik edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM