Önəmli şəxs yeniliyin anonsunu verdi: "Premyer Liqadan düşməyi təsəvvür etmirik"

27 Yanvar 14:00 Qəbələ 1 178
Önəmli şəxs yeniliyin anonsunu verdi: "Premyer Liqadan düşməyi təsəvvür etmirik"

«Komandanın çıxışı və nəticələri bizi qane etmir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin baş meneceri Nail Kərimov deyib.

Onun bildirdiyinə görə, Premyer Liqanın gedişatı onları razı salmır, ancaq vəziyyəti öz xeyirlərinə dəyişəcəklərinə inanmırlar:

«Ümid olmasa, işləməyə dəyməz. Biz üzərimizə düşən işi görürük.

Bizi üzən bəzi məsələlər var. Onları aradan qaldırmaq üçün fəaliyyətimizi gücləndirmişik.

Bir yox, bir neçə istiqamət üzrə çalışırıq. Hansı işlər görəcəyimizi qısa zamanda biləcəksiz.

Yeniliklər olacaq. İslahat deməzdim, ancaq komandanın xyerinə olacaq müəyyən tədbirlər görürük.

Premyer Liqanı tərk edəcəyimizi təsəvvür belə, etmək istəmirik. Düşünürük ki, yaranmış vəziyyət müvəqqətidir».

Digər Xəbərlər
Xəbər Lenti