Miroslav Kloze yenə Mahir Emrelidən söz etdi, “onun üçün daha çətindir” dedi

21 Yanvar 13:40 Bizimkilər 1 263
Miroslav Kloze yenə Mahir Emrelidən söz etdi, “onun üçün daha çətindir” dedi

"Nürnberq"in baş məşqçisi Miroslav Kloze komandanın azərbaycanlı hücumçusu Mahir Emrelinin Almaniya II Bundesliqasının 18-ci turunun “Karlsrue”yə qarşı matçdakı (2:1) performansını şərh edib.

Sportinfo.az xəbər verir ki, “Nordbayern”ə danışan almaniyalı mütəxəssis Emreli haqda müsbət fikirlər səsləndirib:

"Mahir cərimə meydançasının daxilində ən azından rəqibin iki mərkəz müdafiəçisinin diqqətini cəlb etməli idi. Tsimas bunu təkbaşına edə bilməzdi.

Mahir Emreli güclü oyun nümayiş etdirdi. Onun üçün topun daim nəzarətində olması vacibdir.

Əks halda, bu, onun üçün daha çətindir. O, artıq necə və harada hərəkət edəcəyini bilir".

Millimizin hücumçusu “Karlsrue” ilə görüşdə meydana start heyətində meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Fevral 17:00 “Bu, bizə mane olurdu”
15 Fevral 08:40 Azərbaycan 28-ci pillədə